Tehran anbarlarında su ehtiyatları kəskin azalıb

Tehran ətrafındakı beş su anbarında su ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə azalıb.

Azpost.info bildirir ki, bu barədə Tasnim agentliyi xəbər verir.

“İran Su Ehtiyatları Şirkətinin məlumatına görə, Əmir Kəbir su anbarında mövcud ehtiyatlar 12 milyon kubmetrə çatıb. Bu da su anbarının tutumunun yalnız 7%-ni təşkil edir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalma deməkdir”, – deyə açıqlamada bildirilir.

Agentliyin məlumatına görə, digər su anbarlarında da suyun səviyyəsi xeyli azalıb. Lar su anbarındakı ehtiyatlar 1%-ə çatıb, Mamlu və Latyan su anbarları isə hər birinin tutumu 9%-dir. Talegan su anbarı isə 19% dolub.

İran prezidenti Məsud Pezeşkyanın Tehranda su çatışmazlığı ilə bağlı xəbərdarlıq edərək ölkə paytaxtının köçürülməsini təklif edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.