“Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş var” –ABŞ vitse-prezidenti

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar prosesi həm Moskva, həm də Kiyevlə dialoqda müsbət impuls nümayiş etdirir.

Azpost.info bildirir ki, bu açıqlamanı ABŞ-ın vitse-prezidenti J.D. Vens verib.

“Düşünürəm ki, irəliləyiş əldə edirik. İnanıram ki, həm ruslar, həm də ukraynalılar arasında irəliləyiş var. Biz bunun üzərində işləməyə davam edəcəyik”- deyə Vens Fox News-da çıxışı zamanı vurğulayıb.

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Görüşdən sonra Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski yaxın gələcəkdə daha bir görüş keçirmək barədə razılığa gəldiyini açıqlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz növbəsində tərəflərin danışıqlar zamanı irəliləyiş əldə etdiyini qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.