İllüzionist Cənubi Koreyada nəhəng UNO gördüyünü iddia edib

İsrailli illüzionist Uri Geller Cənubi Koreya ərazisində nəhəng yadplanetli gəminin yerləşdiyini iddia edib. O bildirib ki, guya ABŞ hakimiyyət orqanlarının xahişi ilə həmin obyektə şəxsən baxış keçirib.

AzPost xəbər verir ki, Gellerin sözlərinə görə, bu barədə Daily Star nəşrinə (DS) danışıb. İddia olunur ki, yadplanetli gəmi o qədər böyük olub ki, amerikalı hərbi mühəndislər onu yerindən tərpətməyin yolunu tapa bilməyiblər.

İllüzionist həmçinin qeyd edib ki, gəminin yaxınlığında yerləşən daşlardan müəmmalı enerji hiss etdiyini deyib. Onun sözlərinə görə, həmin ərazidə qeyri-adi aura mövcud olub.

Geller daha sonra bildirib ki, Şimali Koreya xüsusi xidmət orqanlarının guya bu obyektə çatmaq üçün tunellər qazdığını da gördüyünü iddia edir. O əlavə edib ki, müəyyən qurumlar tərəfindən susmağa məcbur edildiyini və gördükləri barədə danışmaması üçün təhdidlər aldığını söyləyib.

Qeyd edək ki, bu iddialarla bağlı rəsmi qurumlar tərəfindən hər hansı təsdiqedici məlumat yayılmayıb. Məsələ ilə bağlı əlavə sübut təqdim olunmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.