“Annanın qərarına hörmətlə yanaşıram“.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial media hesabında yazıb.
“Son 30 ildə həyatımın bütün çətin günlərində o mənim yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən də onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər yaşatmışam, buna görə üzr istəyirəm”, – o deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.