Xameneyinin səlahiyyətlərini icra edəcək şəxs seçildi –FOTO

Ayətullah Əli Rza Arafi İran Ali Liderinin müvəqqəti səlahiyyətlərini icra edəcək.

İran mediası  xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

İranın Məqsədyönlülük Şurasının sözçüsü bazar günü bildirib ki, İranlı ruhani və Keşikçilər Şurasının üzvü Əlirza Ərəfi Ali Rəhbər Əli Xameneinin vəfatından sonra Liderlik Şurasının üzvü seçilib.

Liderlik Şurasının digər iki üzvünün prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejei olduğu deyilir.

Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.