Ceyhun Bayramov Xameneyinin həlak olması ilə bağlı başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı İran Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.