90 yaşlı insanlar həyatda ən çox nəyə peşman olurlar? –Psixoloq sorğu apardı, heyrətli nəticələr çıxdı

Qoca
Qoca

Qocalıq tez-tez müdriklik dövrü adlanır. Bəzi qocalmış siyasətçilərin hərəkətlərini nəzərə alsaq, bu barədə mübahisə etmək olar.  Amma bir şey aydındır: onilliklər boyu yaşamaq bizə öz çatışmazlıqlarımızı daha aydın görməyə imkan verir.

Azpost.info bildirir ki, psixoloq Laxlan Braun təqaüdə çıxdıqdan sonra nəyə peşman olduqlarını öyrənmək üçün 90 və daha yuxarı yaşda olan insanlar arasında kiçik bir sorğu keçirib. O, iyirmi respondentlə danışıb.

Psixoloq bu mini-sorğunun nəticələrini Veg Out portalının səhifələrində paylaşıb.

Hərəkət etməkdən imtina

Sorğu iştirakçıları arasında ən çox yayılmış peşmançılıq özlərini çox erkən qoca hesab etmələri və aktiv olmaqdan imtina etmələri olub. Bir çoxları könüllü olaraq fiziki aktivliyi azaltdıqlarını etiraf ediblər. Onlar düşünblər ki, yaşları artıq enerjili olmağa imkan vermir. Nəticədə, bədənləri ola biləcəyindən daha sürətli zəifləməyə başlayıb.

Respondentlərdən biri 70 yaşında özünü qoca hesab etdiyini və səhər gəzintilərini və hovuza getməyi dayandırdığını söylədi. 80 yaşına çatanda bədəni sanki əvvəlki kimi necə hərəkət etməyi “unutmuşdu”.

Şəxsi inkişafın dayandırılması

Bəzi pensiyaçılar karyeralarını bitirdikdən sonra boş vaxtlarının olduğunu, lakin bundan uzun müddətdir maraqlarını inkişaf etdirmək və ya həyata keçirmək üçün istifadə etmədiklərini qeyd ediblər. Bunun əvəzinə saatlarla televizora baxıb nəzarət edə bilmədikləri şeylər barədə narahat olmağa sərf olunub. Keçmiş müəllim etiraf edib ki, heç vaxt həyatına həqiqətən məna verən bir şeyə vaxt ayıra bilməyib.

Həddindən artıq qənaət

Digər ümumi səhv isə onilliklər boyu qənaət etməkdir. Sanki qarşıda qənaət üçün onilliklər qalırmış…Bir çox respondent deyib ki, rahatlığa xərcləyə biləcəkləri qədər pulları olub. Lakin təxirə salmaq vərdişi daha güclü çıxıb. Nəticədə, bəziləri səyahət etmədiklərinə və sağlamlıqları imkan verərkən özlərinə daha çox zövq vermədiklərinə görə peşman olublar.

Bir kişi 80-90 yaşlarında pul yığdığını, lakin indi fiziki vəziyyəti səyahət etməyə və ya hətta evdən çıxmağa mane olduğunu etiraf edib. Deyib ki, indi yığdığı əmanətləri mənasını itirib.

Danışılmamış həyat hekayələri

Yaşlı insanlar öz xatirələrini ailələrinə ötürməyə vaxtlarının olmadığından peşman olublar Keçmişin bir çox təfərrüatları zamanla yoxa çıxıb. Halbuki cəmi bir neçə onillik əvvəl onlar canlı və parlaq xatirələr idi. İndi bu şəxsi təcrübə onların övladları və nəvələri üçün itirilib.

Bir qadın təəssüflə deyib ki, nəvələri onu yalnız nənə kimi tanıyırlar, lakin onun gəncliyinin necə keçdiyini, çəkdiyi sınaqları və ya həyatının necə keçdiyini bilmirlər.

Bağışlanmayan ailə inciklikləri

Köhnə incikliklər çoxları üçün ən ağır yük olub. Respondentlər bir vaxtlar əlaqələrini kəsdikləri və heç vaxt barışmağa doğru addım atmadıqları ailələrini və dostlarını xatırlayırlar. Onilliklər sonra mübahisənin səbəbi bəzən artıq xatırlanmır, amma məsafə qalır. Sorğu iştirakçılarından biri etiraf edib ki, iyirmi ildir qardaşı ilə danışmayıb. İndi hər şeyin nədən başladığını belə xatırlaya bilmir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.