İran kürd silahlı qruplarının mövqelərinə zərbə endirib

İran İraqda separatçı kürd qruplaşmalarının mövqelərinə zərbələr endirib.

Əməliyyatı SEPAH və İranın Kəşfiyyat Nazirliyi birgə keçirilib.

Məlumata görə, İraqın Kürdüstan Muxtar Regionunda separatçı qruplaşmaların mövqeləri və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib.

Məlumatda deyilir ki, silahlı qruplar ABŞ və İsrailin dəstəyi ilə və müharibə şəraitindən sui-istifadə edərək ölkənin qərb sərhədlərindən daxil olaraq şəhər və sərhəd bölgələrində separat məqsədli terror hücumları həyata keçirməyi planlaşdırıblar.

“Lakin Kəşfiyyat Nazirliyi və SEPAH-ın birgə qabaqlayıcı xarakterli müdafiə əməliyyatı nəticəsində bu muzdluların mövqelərinin və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib, onlara ağır zərbə vurulub”, – SEPAH-ın bəyanatında bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.