İran Ordusunun Baş Qərargahı Naxçıvana PUA hücumunu təkzib edib –AÇIQLAMA

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. 

“Tasnim” xəbər verir ki, bu barədə Baş Qərargah bəyanat yayıb.

“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, – bəyanatda deyilir.

Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.