Suriya İranın Azərbaycana dron hücumlarını qınayıb.
Bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Suriya Ərəb Respublikası İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raket və dronlarla hədəfə alması şiddətlə qınayır. Biz bu hərəkətləri dövlət suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq təhlükəsizlik və stabilliyə təhdid kimi qiymətləndiririk.
Suriya Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə edir və regional sülh və təhlükəsizliyi qorumaq üçün beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərinə əməl etməyə çağırır”, – Suriya XİN-dən bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.