Almaniya səfirliyi: Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti pisləyirik

Almaniya səfirliyi İranın Azərbaycana dron hücumlarını qınayıb.

Səfirlik bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün Naxçıvanda İran dronlarının zərbələrini və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərəkətləri qətiyyətlə pisləyirik. Azərbaycan və bu hadisədən zərər çəkənlərlə həmrəyliyimizi ifadə edirik.

Vəziyyəti və baş verən sonrakı inkişafları diqqətlə izləməyə davam edirik”, – səfirlikdən bildirilib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.