Naxçıvana getmək üçün Bakı-İğdır marşrutu üzrə reyslər təşkil olunub –CƏDVƏL

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub.

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

Bu barədə AZAL-dan Azpost.info-ya bildirilib.

Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

 

 

Reys

Bakıdan qalxma İğdıra enmə Avtobusun İğdırdan yola düşməsi Avtobusun Naxçıvandan yola düşməsi İğdırdan qalxma Bakıya

enmə

J2 2251 / 2252 16:30 17:30 18:30 14:00 18:30 21:30
J2 2253 / 2254 17:30 18:30 19:30 15:00 19:30 22:30
J2 2255 / 2256 18:30 19:30 20:30 16:00 20:30 23:30
J2 2257 / 2258 19:30 20:30 21:30 17:00 21:30 00:30 (+1 gün)

 

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

 

  • sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
  • üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

 

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.