İran yeni rəhbəri elan etməyə nə üçün qorxur? –"The New York Times"

İran təhlükəsizliklə bağlı qorxu səbəbindən öldürülmüş Ali rəhbər Əli Xameneyinin varisinin təyinatını təxirə salıb.

Azpost.info bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzet İrandakı mənbələrdən alınan məlumata istinad edir.

“İranda Müctəba Xameneyinin oğlunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar mediada onun ölkənin yeni lideri ola biləcəyi barədə xəbərlərin yayılmasından sonra artıb”-deyə nəşr bildirir.

Bir gün əvvəl İsrailin müdafiə naziri İsrael Katz hər hansı yeni İran liderinin mütləq sui-qəsd hədəfi olacağını bildirmişdi.

Şənbə günü ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başladığını elan edib. Zərbələr ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilib. İran cavab əməliyyatına başlayıb.

İranın Ali Rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumu nəticəsində öldürülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.