ABŞ administrasiyası İranda qızlar məktəbinə zərbələri etiraf edib

Tramp administrasiyası İranın Minab şəhərində qızlar məktəbinin yerləşdiyi əraziyə endirilən zərbələrə görə məsuliyyəti etiraf edib.

Azpost.info bildirir ki, Tramp administrasiyasının nümayəndələri Konqresdə qapalı brifinqdə ABŞ ordusunun qızlar məktəbinin yerləşdiyi əraziyə zərbələr endirdiyini təsdiqləyiblər.

NBC News bu barədə iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, ABŞ məktəbə edilən hücumun israillilər tərəfindən həyata keçirilmədiyini bilir. Ağ Ev rəsmiləri ABŞ-ın İranın həmin ərazisində fəaliyyət göstərdiyini etiraf ediblər və zərbələri kimin həyata keçirə biləcəyi ilə bağlı başqa heç bir nəzəriyyə irəli sürməyiblər.

İran hakimiyyəti iddia edir ki, İranın cənubundakı Minab şəhərindəki Şəcərə Tayebeh məktəbində ən azı 168 nəfər həlak olub. Rəsmi brifinq zamanı Pentaqon katibi Pit Hesget ABŞ hakimiyyətinin hadisəni araşdırdığını bildirib.

BBC News hücum yerindən video və peyk görüntülərini təhlil etdikdən sonra müəyyən edib ki, zərbə endirilən məktəb İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi bazasının yaxınlığında yerləşir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.