Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edəcək

Avropa İttifaqının Şurasının Prezidenti Antonio Koşta sabah Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Koşta Azərbaycan Prezidenti və bir sıra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.