Sahibkarların gecikdirdiyi 108 min manat ödənilib –26 işçi əvvəlki işinə bərpa edilib

Yanvar-fevral aylarında gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub.

Bu barədə Azpost.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

2026-cı ilin yanvar-fevral ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.