“Dünyanın diqqətinin Yaxın Şərqdəki faciəli hadisələrə yönəldiyi kritik bir anda mən tamamilə aydın şəkildə bəyan edirəm: Ukraynaya dəstəyimiz zərrə də azalmayacaq. Ukraynanın azadlığı bütün Avropanın təhlükəsizliyidir”.
Azpost.info bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırkı eskalasiyanın yaratdığı qlobal neft qiymətlərinin kəskin artması fonunda nəhayət ki, ortaq mövqey müəyyən ediblər: “Bu, G7 ölkələrinin və Fransanın mövqeyinin konsolidasiya olunmuş mövqeyidir. Enerji böhranının təcavüzkara təzyiqimizi zəiflətmək üçün istifadə edilməsinə icazə verməyəcəyik. Əksinə, mövcud vəziyyət bizdən daha böyük qətiyyət tələb edir. Məqsədimiz dəyişməz olaraq qalır: Rusiyanın müharibə maşınını yanacaqla təmin edən maliyyə resurslarını məhdudlaşdırmaq”.
Makron deyib ki, yaxın günlərdə “qiymət limiti”ni tətbiq etmək və kölgə tanker donanmasına qarşı tədbirləri gücləndirmək üçün yeni mexanizmlər tətbiq ediləcək: “Fransa həmçinin Moskva ilə siyasi güzəştə getmədən, bazar dalğalanmalarının vətəndaşlarımıza təsirini minimuma endirmək üçün strateji ehtiyatlarından istifadə etməklə töhfə verməyə hazırdır”.
Fransa prezidenti deyib ki, Ukraynanın gələcəyi ilə bağlı heç bir qərar Ukraynanın özünün və Avropa tərəfdaşlarının iştirakı olmadan qəbul edilə bilməz: “Zamanın təcavüzkarın tərəfində olduğuna inananlar yanılırlar. Lazım olduğu qədər Ukrayna xalqı ilə çiyin-çiyinə dayanacağıq”.