“Bavariya” səfərdə “Bayer Leverkuzen” ilə heç-heçə edib –Bundesliqa

Bundesliqanın 26-cı turunun mərkəzi qarşılaşmasında “Bavariya” səfərdə “Bayer Leverkuzen” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib – 1:1. Oyunda hesabı matçın 6-cı dəqiqəsində ev sahiblərinin heyətində Aleiks Qarsia açsa da, 69-cu dəqiqədə “Bavariya”nın hücumçusu Luis Dias bərabərlik qolunu vurub. Qarşılaşmada münxenlilərin heyətində Nikolas Cekson 42-ci, Luis Dias isə 69-cu dəqiqədə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Turun digər görüşlərində Münxen təmsilçisinin ən yaxın izləyicisi “Borussiya Dortmund” öz meydanında “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Aytraxt Frankfurt” ev oyununda “Haydenhaym”a minimal hesabla qalib gəlib – 1:0. “Hoffenhaym” öz meydanında “Volfsburq” ilə heç-heçə edib – 1:1. Günün sonuncu görüşündə “Hamburq” və “Köln” komandaları qarşılaşır.

Qeyd edək ki, turun açılış matçında “Borussiya Mönxenqladbax” öz meydanında “St. Pauli”yə qalib gəlib – 2:0.

Bundesliqanın 26-cı turuna bazar günü keçiriləcək “Verder Bremen”-“Maynts”, “Frayburq”–“Union Berlin” və “Ştutqart”-“Leyptsiq” oyunları ilə yekun vurulacaq.

Hazırda Bundesliqaya 67 xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 58 xalla ikinci, “Hoffenhaym” isə 50 xalla üçüncü sırada qərarlaşıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.