“Qalatasaray” qələbə qazanıb –Türkiyə Superliqası

Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları davam edir.

Bu gün daha 4 qarşılaşma keçirilib.

“Qalatasaray” öz meydanında “Başakşəhər”ə 3 cavabsız qolla qalib gələrək, xallarını 64-ə çatdırıb və liderliyini möhkəmləndirib.

“Trabzonspor” isə evdə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib. Qara dəniz derbisindəki qələbədən sonra “Trabzonspor” 2-ci pillədəki “Fənərbağça” ilə xallarının sayını bərabərləşdirib – 57.

Digər matçlarda “Konyaspor” səfərdə “Kocaelispor”u 2:1 hesabı ilə məğlub edib, “Göztəpə” isə evdə “Alanyaspor”la bacarmayıb – 2:2.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.