Terminalla göndərilən vəsait günlərlə çatmadı– vətəndaşdan MilliÖN-ə sərt irad

Milliön

Elektron ödənişlərdə yaranan gecikmə narazılığa səbəb olub. AzPost xəbər verir ki, vətəndaş terminalla göndərdiyi vəsaiti günlərdir ala bilmədiyini bildirir.

Şikayətə görə, istifadəçi MilliÖN terminallarından birindən bank kartına 70 manat məbləğində vəsait köçürüb. Lakin əməliyyatın üzərindən 8 gün keçməsinə baxmayaraq, pul hələ də hesaba daxil olmayıb. Bu isə xidmətin etibarlılığı ilə bağlı suallar yaradıb.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı müştəri xidmətləri ilə əlaqə saxlayıb. Ona terminalda texniki problem olduğu və problemin 5-6 gün ərzində həll ediləcəyi bildirilsə də, qeyd olunan müddət keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib.

Şikayətçi qeyd edir ki, məsələ yalnız 70 manatla bağlı deyil və bu hal daha böyük məbləğlərdə ciddi risk yarada bilər. Onun sözlərinə görə, belə gecikmələr vətəndaşların maliyyə planlamasına birbaşa təsir edir.

Eyni zamanda, istifadəçi ölkədə müştəri məmnuniyyəti məsələsinin hələ də lazımi səviyyədə olmadığını vurğulayır. O, əlavə edir ki, bəzən gizli tutulduğu iddia edilən ödənişlər və əlavə tutulmalar da vətəndaşların narazılığına səbəb olur.

Mütəxəssislər bildirir ki, terminallar vasitəsilə edilən köçürmələrdə gecikmə halları əsasən texniki nasazlıqlar və ya sistem yüklənməsi ilə bağlı ola bilər. Lakin belə halların uzun müddət həll olunmaması istifadəçilərin inamını azaldır.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumun açıqlaması hələ təqdim edilməyib. Vətəndaş isə problemin tezliklə həllini gözlədiyini bildirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.