“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib

“Azərsun Holdinq” Ramazan və Novruz bayramları münasibətilə media nümayəndələri üçün xüsusi tədbir təşkil edib.

Tədbir intellektual yarışla başlayıb. Yarış çərçivəsində iştirakçılar müxtəlif mövzular üzrə məntiqi biliklərini sınayıblar. Yarışın sonunda  yüksək nəticə göstərənlər mükafatlandırılıblar.

Daha sonra proqram iftar süfrəsi ilə davam edib. Canlı musiqi tədbirə xüsusi rəng qatıb və iştirakçılara xoş anlar yaşadıb.

“Azərsun Holdinq” media nümayəndələri ilə əlaqələrə hər zaman böyük önəm verir. Şirkət bu istiqamətdə mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirərək əməkdaşlığın daha da genişləndirilməsini və möhkəmləndirilməsini hədəfləyir.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.