Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov telefon danışığı aparıblar.
Azpost.info bildirir ki, söhbət zamanı regionda müharibənin tez bir zamanda dayandırılması və tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyi müzakirə edilib.
Həmçinin, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Fidan Ankaranın növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Söhbətin əsas mövzusu enerji təhlükəsizliyi olub.