İran Laricaninin öldürülməsinə görə, Təl-Əvivi kasetli raketlərlə vurdu

İran ölkənin təhlükəsizlik rəhbəri Əli Laricaninin öldürülməsinə cavab olaraq İsrailin Təl-Əviv şəhərini raketlərlə hədəfə alıb.

Reuters“ xəbər verir ki, İran tərəfindən buraxılan raketlər kaset tipli başlıqlarla təchiz olunub.

İsrail tərəfi bildirib ki, bu cür başlıqlar havada çoxsaylı kiçik partlayıcı sursatlara parçalanaraq geniş əraziyə yayılır və onların zərərsizləşdirilməsi çətin olur.

Qeyd edilib ki, sıx məskunlaşmış Tel-Əviv şəhərinə gecə edilən hücum nəticəsində iki nəfər həlak olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.