ABŞ İranın Buşəhr AES-nin ərazisinə zərbə endirib

ABŞ və İsrail İrandakı Buşehr Atom Elektrik Stansiyasının enerji blokuna yaxın əraziyə zərbə endiriblər.

Azpost.info TASS-a istinadən bildirir ki, bu, hərbi əməliyyatların başlamasından bəri ilk belə zərbə olub.

İranın Nüvə Təhlükəsizliyi Mərkəzinin bununla bağlı rəsmi açıqlamasında deyilir ki, çərşənbə axşamı Buşehr Atom Elektrik Stansiyası ərazisinə mərmi düşüb. Heç bir ziyan və ya tələfat olmayıb.

Hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib.

ISNA xəbər verir ki, obyektdə heç bir maddi və ya texniki ziyan dəyməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.