Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl yola salınıb

taxil vaqon

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

Ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

AzPost.az