ABŞ Senatı Donald Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qətnaməni rədd edib.
Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri məlumat verir.
Demokrat Partiyasının dəstəklədiyi təşəbbüs 3-cü dəfədir ki, uğursuzluğa düçar olur. Ən son səsvermədə 47 senator qətnaməni dəstəkləyib, 53-ü isə əleyhinə çıxıb.
Qətnamədə prezidentdən ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağı tələb olunurdu. İstisnalara yalnız iki halda – rəsmi müharibə elanı və Konqresin razılığı zamanı icazə verilib.