Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ağsuda torpaq sürüşməsi olub

User 21 Mart 2026 - 17:00 (Last updated: 21 Mart 2026 - 15:13)
surusme

Ağsu rayonunda torpaq sürüşməsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib. Nəticədə yolun mühafizə zolağında torpaq sürüşməsi yaranıb, dərin yarğanlar əmələ gəlib. Bununla belə, yolun hərəkət hissəsində hər hansı problem müşahidə olunmur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Onun sözlərinə görə, aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib.

AAYDA-nın rəsmisi əlavə edib ki, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işləri başa çatdırılacaq.

Qeyd edək ki, hazırda bayram günləri ilə əlaqədar olaraq paytaxtdan regionlara doğru nəqliyyat axını artıb və sözügedən istiqamətdə də avtomobil sıxlığı müşahidə olunur.

AzPost.az

Post navigation

Previous: ABŞ və İsrail İranın yeraltı raket komplekslərinin girişlərini dağıdıb –
Next: Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə Görüşü keçiriləcək

Oxşar xəbərlər

besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 19 Noyabr 2026 - 13:22
hikmet
  • Sosial

Ermənistandan 200-dən çox kütləvi məzarlığın yeri tələb olunur

User 19 Noyabr 2026 - 11:54

xƏBƏR

fifa kubok
  • İdman

FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

User 19 Noyabr 2026 - 16:23
Beynəlxalq Futbol Federasiyası (FIFA) təşkilatın yeni prezident vəzifəsinə üç namizədin adını açıqlayıb. Yekun namizədlər siyahısına FIFA-nın hazırkı...
Read more about FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?
Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir? TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Əsas foto (1)
  • Media

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib

User 19 Noyabr 2026 - 15:50
Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı trap putin si
  • Dünya

Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı

User 19 Noyabr 2026 - 15:29
“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.