ABŞ-ın United Airlines şirkəti İrandakı müharibə səbəbindən uçuşları azaldır.
Azpost.info bildirir ki, bu barədə şirkətin baş direktoru Skott Kirbi deyib.
Onun sözlərinə görə, İranda savaş və neft qiymətlərinin gözlənilən artımı fonunda bəzi uçuşları azaltmağı planlaşıdırırlar.
Baş direktorun işçilərə göndərdiyi daxili elektron poçtda deyilir ki, şirkət neft qiymətlərinin bir barel üçün 175 dollara çata biləcəyi və 2027-ci ilin sonuna qədər 100 dollardan aşağı qalacağı ssenarini nəzərdən keçirir.
Bunu nəzərə alaraq, United Airlines yanacaq xərclərini azaltmaq üçün cədvəlini yenidən nəzərdən keçirmək və müəyyən uçuşları ləğv etmək niyyətindədir.