İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə telefon danışığı aparıb.
Tərəflər regiondakı son hadisələri, o cümlədən siyasi, humanitar və təhlükəsizlik aspektlərini müzakirə ediblər.
Tərəflər həmçinin artan gərginliyi və onların regional və beynəlxalq sabitliyə potensial təsirlərini qeyd ediblər.