İran Trampın təhdidlərinə belə cavab verdi

Tehran ABŞ-ın elektrik stansiyalarına hücumlarına eyni qaydada cavab verəcək.

Azpost.info bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidenti Donald Trampın hədələrinə cavabında vurğulayıb.

Mehr agentliyinin məlumatna görə, Qəribabadi bildirib ki, İranın elektrik stansiyalarına və həyati əhəmiyyətli infrastrukturuna qarşı təhdidlər mülki obyektlərə qarşı təhdidlərə bərabərdir və müharibə zamanı hədəfə alınmamalıdır.

Qəribabadi deyib: “İranın həyati əhəmiyyətli infrastrukturuna edilən hər hansı bir hücum mütənasib cavabla qarşılanacaq. Tam hüquqi məsuliyyət və hər hansı bir eskalasiyanın bütün nəticələri onu təşəbbüskarların üzərinə düşəcək”- deyə o bildirib.

Daha əvvəl ABŞ prezidenti bildirib ki, əgər İran 48 saat ərzində Hörmüz boğazını açmasa, ölkənin bütün elektrik stansiyalarını məhv edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.