Qazaxıstanda saxta yaşayış icazəsi alan Rusiya vətəndaşları yoxlanır

Qazaxıstan xüsusi xidməti Rusiya vətəndaşlarının müvəqqəti yaşayış icazəsi almaq üçün istifadə etdiyi şübhəli sxemləri araşdırır.

Azpost.info bildirir ki, yerli mediada “Qazaxıstan müharibə əleyhinə rusların kütləvi deportasiyasına hazırlaşır”, “Qazaxıstan uydurma yaşayış icazəsi işi üzrə araşdırma aparır” kimi xəbərlər yayılır. Qazaxıstan Xarici İşlər Nazirliyi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Azattık.Asia-nın məlumatına görə, Qazaxıstan Daxili İşlər Nazirliyi əcnəbilərə müvəqqəti yaşayış icazəsi verilməsi qaydalarını yeniləyir.

“Ark” layihəsi bildirir ki, saxta müvəqqəti yaşayış icazəsi olan şəxslər Qazaxıstan xüsusi xidməti tərəfindən dindirilməyə çağırılıb. Bəzi ruslar vətənlərinə deportasiya olunmaqdan və Ukraynada cəbhəyə göndərilməkdən qorxaraq bu saxta sənədləri alıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.