İsrail İranla danışıqlarda birbaşa iştirak etmir.
Azpost.info-nun məlumatına görə, bu barədə Semafor nəşri mənbələrə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın bazar ertəsi İranla danışıqlar aparıldığını bəyan edib.
Mənbələrin Semafor-a verdiyi məlumata görə, Yaxın Şərq dövlətləri ABŞ administrasiyasının qərarlarına əhəmiyyətli təsir göstərə bilmədikləri üçün qəzəblidirlər. Məsələn, ərəb dövlətləri Vaşinqtonu İsraili İranın enerji obyektlərinə zərbə endirməkdən çəkindirə biləcəklərinə inanırdılar. Lakin bunun əvəzinə ABŞ İranın Cənubi Pars qaz yatağına İsrailin hücumunu təsdiqləyib.
Martın 18-də İranın Buşehr əyalətindəki Əsəlluyə rayonunun qubernatoru İsrail və ABŞ-ın zərbəsi nəticəsində Cənubi Pars yatağında bir neçə obyektdə yanğın baş verdib. Buna cavab olaraq SEPAH yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduğunu açıqlayıb. Bundan sonra Qatar Energy şirkəti Ras Laffan ərazisinə raket zərbəsi endirildiyini və yanğına səbəb olduğunu açıqlayıb. Qətər Müdafiə Nazirliyi ballistik raket zərbəsinin İrandan gəldiyini bildirib. Qatar Energy daha sonra əlavə edib ki, 19 mart gecə yarısından sonra istehsal infrastrukturu yenidən raket zərbəsinə məruz qalıb və bu da daha bir genişmiqyaslı yanğına səbəb olub.