Tramp administrasiyası İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibafla işləmək imkanlarını qiymətləndirir.
Azpost.info bildirir ki, “Politico” nşrinin rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ onu siyasi danışıqlarda potensial tərəfdaş kimi nəzərdən keçirir.
“ABŞ-ı və müttəfiqlərini dəfələrlə cavab tədbirləri ilə təhdid edən 64 yaşlı siyasətçi Məhəmməd Baqer Qalibaf Ağ Evdə ən azı bəziləri tərəfindən müharibənin növbəti mərhələsində İrana rəhbərlik edə və Tramp administrasiyası ilə danışıqlar apara biləcək perspektivli tərəfdaş kimi görülür”- deyə hesabatda deyilir.
23 martda Tramp Vaşinqton və Tehran arasında danışıqlar zamanı ABŞ ordusunun İran elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri müvəqqəti olaraq dayandıracağını elan edib. O, həmçinin ABŞ və İranın münaqişənin həlli üçün iki günlük səmərəli danışıqlar apardığını bildirib.
Elə həmin gün İran Xarici İşlər Nazirliyi davam edən danışıqlar barədə məlumatları təkzib edib. Agentliyin məlumatına görə, sülh təşəbbüsləri yalnız Yaxın Şərq ölkələrindən gəlir və Amerika liderinin açıqlamaları hərbi əməliyyat üçün “vaxt qazanmaq” cəhdidir.