Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanılıb

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.