Leninqrad vilayətinin Koltuş qəsəbəsinin baçısı və deputat 59 yaşlı Eduard Çirko 33-cü dəfə ata olub.
Azpost.info bildirir ki, bu barədə “KP-Sankt-Peterburq” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, bu dəfə qəhrəman ata bir oğul dünyaya gətirib. Ona təntənəli şəkildə Mixail adını veriblər.
Nəşrin məlumatına görə, körpə 20 martda Sankt-Peterburqda, 6 nömrəli Sneqirev Doğum Evində dünyaya gəlib. 59 yaşlı deputatın hazırda 19 oğlu və 14 qızı var.
Çirko bir oğlan istisna olmaqla, hamısının bioloji olduğunu deyib. Uşaqların ikisi süni mayalanma (ECO) yolu ilə doğulub. Qalanlarının isə təbii yolla dünyaya gəlib.
Eduard Çirko 2025-ci ilin may ayında “Qəhrəman ata” adını alıb. Deputat uşaqlarının fərqli qadınlardan olduğunu gizlətməyib, lakin münasibətlərinin təfərrüatlarını açıqlamayıb. Çoxuşaqlı ata “Qəhrəman Ata” sertifikatı və aylıq 5000 rubl nağd ödəniş almaq hüququna malikdir. O, həmçinin xalq nümayəndəsinin hüquqlarına və üstünlüklərinə malikdir.
