“Qarabağ hərəkatı” ilə Ermənistanı xarici maraqlara qurban vermişik” –PAŞİNYAN

“Qarabağ hərəkatı” ilə biz ölkəmizi xarici geosiyasi maraqlarına qurban vermişik. Bizim bunu etiraf etmək gücümüz çatdı. Bəli, biz bunu çox gec başa düşdük”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı çıxışında bildirib.

Paşinyan deyib ki, ölkədə  bunu anlamayan və heç vaxt anlamayacaq siyasi qüvvələr var: “Bu o deməkdir ki, Ermənistan Respublikası xalqı öz təhlükəsizliyini, rifahını, azadlığını və hüquqlarını qorumaq üçün hər şeyi edib”.

Baş nazir deyib ki, ölkə daxili səfəri zamanı minlərlə vətəndaşa üzərində Ermənistanın xəritəsi olan plastik sancaq təqdim edib. “Yalnız 3-4 halda vətəndaşın “mənə lazım deyil” dediyini xatırlayıram”deyən Paşinyan çantasından Ermənistanın plastik xəritəsini çıxararaq deyib: “Bu hekayə buradan başladı. Mən şadam ki, bu yolu qət etmişik. Bu, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini birbaşa və ya dolayı yolla inkar etmək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin olmadığını deməkdir”- Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistanda elə qüvvələr var ki, onlar dövlətin vacib olmadığını deyirlər: “Biz deyirik: xeyr, dövlət ən vacib məsələdir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.