Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya rəsmi səfər edib.
Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Ermənistanın nümayəndə heyətinin tərkibində Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan, Xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Mnatsakan Safaryan və digər şəxslər yer alır.
Qeyd edək ki, Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək formatda görüşü nəzərdə tutulub.
“Bu gün Rusiya-Ermənistan danışıqları olacaq. Daha sonra iki lider işgüzar səhər yeməyi zamanı təkbətək formatda ünsiyyəti davam etdirəcəklər”,-deyə Putinin mətbuat katibi Peskov bildirib.
Kremlin məlumatına əsasən, danışıqlarda Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyəti və perspektivləri, Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin inkişafı, eləcə də gündəmdə olan regional məsələlər müzakirə ediləcək.