Bank işçisi “pulun sahibi özü gəlsin” dedi, bacısının skletini gətirdi –Şok hadisə

Hindistanda qeyri-adi və şok hadisə baş verib. Bir kişi mərhum bacısının qalıqlarını bank filialına gətirərək işçilərinə onun həqiqətən də vəfat etdiyini sübut etməyə çalışıb.

Azpost.info bildirir ki, hadisə Odişa ştatında, Alipursidəki “Gramin Bank”ın filialında baş verib. Hekayənin əsas personajı müasir şəhər mühitindən nisbi təcrid olunmuş şəkildə yaşayan yerli qəbilə icmasının üzvü 50 yaşlı Jitu Mundadır.

Polisin məlumatına görə, kişi 26 yanvarda vəfat edən böyük bacısı Klara Mundanın hesabından təxminən 20.000 rupi çıxarmaq üçün dəfələrlə banka müraciət edib. Lakin bank işçiləri  hər dəfə hesab sahibini şəxsən gəlməsinin tələb ediblər.

Jitu iddia edir ki, dəfələrlə bacısının öldüyünü izah etsə də, sözlərinə inanılmayıb. Nəhayət, çarəsizlikdən işçilərin tələblərini hərfi mənada yerinə yetirməyə qərar verib. Bacısının məzarını qazaraq qalıqlarını çxıarıb və ölümün sübutu kimi banka gətirib.

Kişi skeletlə filiala daxil olanda işçilər arasında çaxnaşma yaranıb. Yerli medianın məlumatına görə, bank işçiləri otaqlardan birinə kilidlənərək polisə zəng ediblər.

Jitu daha sonra jurnalistlərə bildirib ki, heç kimə zərər vermək niyyətində deyil və sadəcə ailəsinə məxsus pulu əldə etməyə çalışır.

Yerli polis bildirib ki, bu, cinayətkar niyyət deyil, faciəvi bir anlaşılmazlıqdır. Onlar bildiriblər ki, kişi sadəlövh hərəkət edib və mərhum qohumunun hesabına daxil olmaq üçün rəsmi prosedurdan xəbərsiz olub.

Yerli polis rəisi qeyd edib ki, bank işçiləri hesab sahibinin ölümündən sonra müştəriyə vəsaitlərə daxil olmaq prosedurunu düzgün izah etməyiblər və bu da bu qeyri-adi vəziyyətə səbəb olub.

Hadisədən sonra polis kişiyə bütün lazımi sənədləri doldurmağa və mərhum bacısının vəsaitlərinə qanuni şəkildə daxil olmağa kömək edəcəyinə söz verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.