Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi –

User 01 May 2026 - 15:43 (Last updated: 01 May 2026 - 16:28)
69f490846faea69f490846faeb177763546069f490846fae869f490846fae9

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələrinin qarşısında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir və beynəlxalq tərəfdaşlar regionu köhnə narrativlərə qaytarmamalıdır: “Biz bütün tərəfdaşlarımızı sülh gündəliyimizi dəstəkləməyə çağırırıq. Regionu köhnə narrativlərə qaytarmaq cəhdləri faydalı deyil və əks nəticə verir”.

Hikmət Hacıyev qeyd edib ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıq beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin tarixi ədalətə əsaslanır.

O, xüsusilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini diqqətə çatdırıb.

“Həmin gün Ermənistan-Azərbaycan münasibətlərində növbəti tarixi an yaşandı. Azərbaycanın Baş nazirinin müavini yarı rəsmi səfərlə Ermənistan Respublikasına getdi. Hər iki tərəf müxtəlif istiqamətlər üzrə hökumətlərarası müzakirələr apardı”.

Prezidentin köməkçisinin sözlərinə görə, müzakirələr iqtisadi-ticarət əlaqələri, siyasi dialoq, sərhədlərin delimitasiyası və sərhəd əməkdaşlığı məsələlərini əhatə edib.

Hikmət Hacıyev əlavə edib ki, artıq Azərbaycan üzərindən tranzit yüklərin Ermənistana çatdırılması yeni reallığa çevrilir: “Dünən müəyyən mallar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırıldı. Bu, artıq yeni norma və yeni reallıqdır”.

O qeyd edib ki, iki ölkənin biznes dairələri də müəyyən məhsulların idxalı istiqamətində əməkdaşlıq üzərində çalışırlar: “Ermənistan və Azərbaycan arasında münaqişənin həlli hər iki ölkə üçün daha geniş mənada təhlükəsizlik və sabitlik təmin edir”.

Hikmət Hacıyev vurğulayıb ki, Qarabağda yeni həyat qurulur və bölgə sürətlə inkişaf edir: “Bu gün biz Qarabağ Universitetindəyik. Burada gənc simaları görürük. Xankəndi yeni sima və yeni həyat qazanır”.

AzPost.az

Post navigation

Previous: BMT-nin rezident əlaqələndiricisi diplomatik korpusun Qarabağa səfərini faydalı hesab edir
Next: Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır –

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
pul
  • Sosial

10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb

User 12 Noyabr 2026 - 14:13

xƏBƏR

rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti...
Read more about Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib

User 12 Noyabr 2026 - 18:50
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir ilham pasinyan
  • Siyasət

Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

User 12 Noyabr 2026 - 18:46
Ərdoğan və Pezeşkian görüşdü – Hansı qərarları müzakirə etdilər? erdoqan pezeskian
  • Dünya

Ərdoğan və Pezeşkian görüşdü – Hansı qərarları müzakirə etdilər?

User 12 Noyabr 2026 - 17:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.