2026-cı ilin yanvar-aprel ayları ərzində əhaliyə 3,49 milyard manatdan çox manat vəsait ödənilib.
Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,49 milyard manatdan çox manat vəsait ödənilib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən 340,1 milyon manat və ya 10,79% çoxdur.