“İran ya güzəştə gedəcək, ya da ABŞ bu işi sona çatdıracaq” –TRAMP

“Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına çatacaq, ya da ABŞ İranda işi sona çatdıracaq“.

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Çinə dövlət səfərinə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbətində deyib.

“Onlar ya düzgün işi görəcəklər, ya da biz işi bitirəcəyik. Ya razılaşma əldə edəcəyik, ya da onlar əzaba məhkum olacaqlar. Bu və ya digər şəkildə biz qalib gəlirik”, – deyə Tramp bildirib.

Amerika lideri İranla atəşkəsdən imtina etməyə hazır olub-olmadığı sualına qəti cavab verməyib. “Biz bu barədə daha bir müddət düşünəcəyik”, – deyə prezident bildirib. O, İranın əvvəlcə ABŞ-ın nüvə silahı hazırlamamaq öhdəliyinə razılıq verdiyi, lakin sonra buna öhdəlik götürməkdən imtina etdiyi versiyanı təkrarlayıb. “Onların nüvə silahı olmayacaq. Onlar bunu bilirlər. Onlar buna razılıq veriblər. Amma sonra mənə bunu demədilər. Biz oyun oynamırıq. Onların nüvə silahı olmayacaq”, – deyə o, təkrarlayıb.

Tramp Çin rəhbəri Si Cinpinlə İranla bağlı hansı konkret məsələləri müzakirə etməyi planlaşdırdığını dəqiqləşdirməkdən imtina edib. “Düşünürəm ki, ilk növbədə, bu barədə uzun söhbətimiz olacaq” – deyə Amerika lideri qeyd edib.

“Düşünmürəm ki, İranla bağlı heç bir köməyə ehtiyacımız var. Biz bu və ya digər şəkildə qalib gələcəyik. Sülh yolu ilə və ya başqa şəkildə”, – deyə prezident əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.