Meymunların qəfəsinə gizlicə girdilər- Həbs edildilər

Yaponiyada dünyaca məşhur “Panç” ləqəbli yapon makakası balasının volyerinə daxil olan iki nəfər həbs edilib. Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

AzPost xəbər verir ki, hadisə bazar günü İtikava şəhərinin zooparkında baş verib. Cinayətkarlar çəpəri aşaraq yapon makakalarının, o cümlədən balaca Pançın yaşadığı, yer səviyyəsindən aşağıda qurulmuş “meymun təpəciyi” adlanan volyerin ərazisinə daxil olublar.

Saxlanılanlardan birinin 24 yaşlı tələbə olduğu məlum olub. O, içəri daxil olmaq üçün böyük oyuncaq kostyumundan istifadə edib və başına smaylik formasında maska taxıb. Özünü müğənni kimi təqdim edən 27 yaşlı ikinci iştirakçı isə içəri girməyərək baş verənləri videoya çəkib.

Kamuflyaj və hazırlığa baxmayaraq, qayda pozanları tez bir zamanda saxlamaq mümkün olub. Onlara qarşı zooparkın fəaliyyətinə mane olmaq ittihamı irəli sürülüb. Həbs edilən şəxslərin hər ikisi təqsirlərini boynuna almır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.