Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Ana Falu: Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı

User 22 May 2026 - 16:28 (Last updated: 22 May 2026 - 16:28)
anafalu

Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində çıxış edən Latın Amerikası Qadınlar və Habitat Şəbəkəsinin həmtəsisçisi Ana Falu deyib.

O, Azərbaycan hökumətinə, həmçinin forumun təşkilində iştirak edən könüllülərə və bütün tərəfdaşlara minnətdarlığını ifadə edib, onların mehribanlığı və peşəkarlığının tədbirin uğuruna mühüm töhfə verdiyini qeyd edib.

Ana Falu çıxışında qadınların hüquqları sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada milyonlarla qadının hələ də müxtəlif formalarda sistemli ayrı-seçkiliklə üzləşdiyini bildirib. Onun sözlərinə görə, qadınlar irq, etnik mənsubiyyət, yaş, əlillik və yaşadıqları ərazilərdən asılı olaraq çoxsaylı maneələrlə qarşılaşırlar.

O qeyd edib ki, bu problemlər qadınların adekvat mənzil hüququna, şəhər hüququna və yaşadıqları ərazilərin inkişafında iştirak imkanlarına mənfi təsir göstərir.

“Buna görə də qadınların səsini dinləməyə ehtiyac var. Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır”, – deyə Ana Falu əlavə edib.

Latın Amerikalı ekspert vurğulayıb ki, şəhərsalma və mənzil siyasətinin formalaşdırılmasında qadınların iştirakı gücləndirilməli, onların hüquqları dayanıqlı və inklüziv şəhərlərin qurulmasının əsas elementlərindən biri kimi nəzərə alınmalıdır.

AzPost.az

Post navigation

Previous: Baş katibin müavini: Azərbaycanın səsi regionda və qlobal səviyyədə, o cümlədən BMT Baş Assambleyasında eşidilir – MÜSAHİBƏ
Next: UN-Habitat nümayəndəsi WUF13-də birgə fəaliyyətlə bağlı çağırış edib

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.