Ermənistanın məşhur su brendinin Rusiyaya idxalı qadağan edildi

Rusiyada qida məhsullarına nəzarət edən “Rospotrebnadzor” Ermənistanda istehsal olunan Cermuk mineral suyunun ölkəyə idxalını və paylanmasını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.

Bu bardə RİA Novosti agentliyi quruma istinadən açıqlama verib.

“Rospotrebnadzor Rusiyada bütün Cermuk mineral suyunun idxalını və paylanmasını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib. Sözügedən məhsullar etiketdə göstərilən məlumatlara uyğun gəlmir… məhsulların müalicəvi xüsusiyyətləri ilə bağlı yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər”-deyə – agentliyin açıqlamasında vurğulanır.

Rospotrebnadzor həmçinin Avrasiya İqtisadi Komissiyasına və Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin səlahiyyətli orqanlarına müvafiq bildirişlər göndərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.