Dünyada ən sürətlə yoxa çıxan peşələr açıqlandı

Peşələr
Peşələr

Texnologiyanın sürətli inkişafı bəzi peşələrin yaxın illərdə tamamilə yox olacağı ilə bağlı narahatlıqları artırıb.

AzPost xəbər verir ki, Dünya İqtisadi Forumunun yeni hesabatında avtomatlaşdırma və süni intellekt səbəbindən risk altında olan peşələr açıqlanıb.

Siyahıda kassirlər, məlumat operatorları, bəzi bank əməkdaşları və çağrı mərkəzi işçiləri yer alıb.

Ekspertlərin fikrincə, şirkətlər artıq bir çox əməliyyatı proqram təminatı və süni intellekt vasitəsilə həyata keçirir.

Texnologiya üzrə analitik Mark Hess bildirib ki, ən böyük dəyişiklik rutin və təkrarlanan işlərdə müşahidə olunacaq.

“Gələcəkdə daha çox yaradıcı düşüncə və texnoloji bacarıq tələb edən peşələr ön plana çıxacaq”, – deyə o bildirib.

Hesabatda qeyd olunur ki, kibertəhlükəsizlik, data analitikası və süni intellekt mühəndisliyi yaxın illərin ən çox tələb olunan sahələri olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.