Alvares “Barselona”da oynayacaq

Argentina millisi və “Atletiko Madrid”in futbolçusu Xulian Alvares “Barselona” ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Bu barədə insayder Sesar Luis Merlo sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi hazırda Madrid təmsilçisi üçün rəsmi təklif hazırlayır. “Barselona” bu keçid üçün qarşı tərəfə heç bir oyunçusunu təklif etmək niyyətində deyil.

“Atletiko Madrid” argentinalı forvarda görə təxminən 150 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında İngiltərənin “Mançester Siti” klubundan Madrid təmsilçisinə qoşulub. Hücumçu başa çatan mövsümdə 49 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.