ABŞ TRIPP üzrə Ermənistanla birgə şirkətin yaradılmasını təsdiqlədi

ABŞ-da TRIPP şirkətinin yaradılması təsdiqlənib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti – Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.

Korporasiyaya görə, şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.