Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA:

User 05 İyun 2026 - 14:29
media saxta açqialam
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb. 
Azpost.info bildirir ki, açıqlamada deyilir:
5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb.
Dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edirik.
Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib.
CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.
Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır.
Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik.

AzPost.az

Post navigation

Previous: 5 milyonluq siqaret qaçaqmalçılığı işi –
Next: Maaşından 50% tutulan borclunun hüquqları

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum...
Read more about Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur
Azərbaycanda Zəfər Günüdür ilham zefer plakat
  • Baş Yazı

Azərbaycanda Zəfər Günüdür

User 08 Noyabr 2026 - 00:18
Ərdoğan sabah Qarabağa gəlir erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.