Kanslerdən Trampa qeyri-adi ad günü hədiyyəsi– Üzərində “47” yazılan forma /FOTO

Kansler Merz Trampa ad günü münasibətilə Almaniya milli futbol komandasının formasını hədiyyə edib.

Azpost.info bildirir ki, Fransanın Evian şəhərində keçirilən G7 sammitində Almaniya kansleri ABŞ prezidentinə üzərində 47 rəqəmi və “Tramp” adı yazılmış Almaniya milli komandasının formasını hədiyyə edib. Bu rəqəm Trampın hazırkı ABŞ-ın 47-ci prezidenti statusuna açıq şəkildə istinad edir.

AFP xəbər verir ki, Merz Trampa hədiyyəni Amerika liderinin ötən bazar günü qeyd etdiyi 80 illik yubileyi şərəfinə verib. Agentliyin qeyd etdiyi kimi, Tramp futboldan daha çox döyüş sənətinə maraq göstərir. O, ad günü münasibətilə Ağ Evin çəmənliyində UFC döyüşləri təşkil edib.

Tramp ABŞ milli futbol komandasının 2026-cı il Dünya Kubokundakı ilk oyununu buraxıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.