Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İctimai Birlik əlilliyi olan insanlarla görüşüb

User 25 İyun 2026 - 15:50 (Last updated: 25 İyun 2026 - 16:27)
qht elil

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Qayıdışa aparan yol” adlı layihəsinin icrası zamanı öz müraciətlərinə əsasən bir neçə imtiyazlı şəxslərlə görüşərək problemlərinin qeydiyyatını aparıblar.

Onlardan biri I qrup əlil, uzun illər yataq xəstəsi olan Fikrət Babayevin əlil arabasına ehtiyacı olub.

İctimai Birlik qeyd edib ki, hələ 15 il əvvəl Fikrət Babayevə Gəncliyə Yardım Fondundan əlil arabası almasına yardım ediblər. Həmin əlil arabası artıq çox köhnəldiyindən ictimai birlik onun yeni əlil arabası ilə təmin olunması üçün aidiyyəti təşkilatlara müraciət edib.

Qarabağ müharibəsi əlilləri olan digər iki nəfər Ələddin və Rüstəm qardaşları ilə görüşərək maarifləndirici söhbət aparılıb, mənəvi dəstək göstərilib.

Tahir Xudiyev qeyd edir ki, layihə hələ davam edir, bir neçə müraciətlə bağlı respublikamızın rayonlarına səfərlər də nəzərdə tutulub.

Fotolar

AzPost.az

Post navigation

Previous: UFC döyüşü üzrə məşqçi Qor Azizyan Bakıdadır –
Next: “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Oxşar xəbərlər

Həbs
  • Sosial

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq ittihamı ilə həbs olunub

User 21 Oktyabr 2026 - 10:55
adsea
  • Sosial

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

User 16 Oktyabr 2026 - 16:08
baliq
  • Sosial

Həftədə 2 dəfə balıq yemək beyin sağlamlığına necə təsir edir?

User 16 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.